Tələsir歌词

Küləklər şəhəri, şərqin əbədi qapısı Bakı
Səndə gizlənib milyon sirr, insan idrakı
Sevgi məbədin Xəzərə boylanan Qız Qalası
2005-ci il, payız, soyuq noyabr havası
Yol kənarında taksi, yerli FM dalğası
Yaşlı sürücü və bu mövzunun obrazı
Bir oğlan səkidə durub düşüb təşvişə
O bu gün həyatında gedir ilk görüşə
Gecikmək olmaz, tez çatmaq lazımdır bu gün
İncitmək olmaz, suya batmaq lazımdır bu gün
Tələsmək lazım, vaxt azdır, imkan yaranmış
Soyuq külək kəsir əlin, o da qara çağırış
Lap yağış olsa, qar olsa
Yollarda tıxac, nəqliyyatçün dar olsa
Hava soyuqdur, qızdırıcaq qəlbinin səsi
Sürücü, oğlan, taksi... Kimsə görüşə tələsir
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Bu həyat mənim! Bu həyat bizim!
Bu həyat nəfəsimizin, kölgəmizin!
Bu həyat görüş, bu həyat sevgi
Bu həyat yuxarıdan bizə bir vergi
Sevdiyi qız sirrdir, bu adın mənası
Həyatdan qoxlar o onun ətir, havasın
Oğlanın beynindən keçər qarışıq fikirlər
Saata baxdı, avtobusla gecikə bilər
Sağ tərəfdə, iyirmi addımda durub maşın
Vid-fasonundan taksiyə bənzəmir, qardaşım
Oğlan yaxınlaşdı – “Montinə apararsan?”
Sonrasa bir az düşünüb – “dayı, 3-ə çatdırarsan?”
İkisi də razılaşdı, noyabr, küçələr,
Səkilərin qırağına yığılmış gölməçələr
Piyadalar, ağaclar, şüşə vitrinlər
Və bizi özü ilə görüşə çağıran tinlər
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Parkın önünə çatar-çatmaz təkərlər dirəndi
Ödəniş edib oğlan, qapını açıb yerə endi
Ani hərəkət, keçid, addımlar, səki
Nə olar qız getməyib onu gözləyə təki
Nə ki, adam vardır hamını gözdən keçirtdi
Qız yoxdur, bəlkə gəlib, gözləyib, keçibdir
Boşaldı qolları, siqareti yandırdı
İlk tüstü hansısa əl onu dayandırdı
Bu an...
Elə bil ki, dünyanı verdilər indi birdən ona
O gözlər qəm ovar, ömrü boyu həmdəm olar
Dodaqlar nəm olar, ağlamaz daha səmalar
Və yəqin ki, sevgisiz yaşaya bilməz insan olan
Hiss dönməz simvola, çün onda o tilsim olar
O qıza sığınar, kənardan səhnə, sinema
Parkda, izdihamda cütlük çətin gözə dəysin
Hamı harasa qaçır - böyük şəhər tələsir
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Tələsir, tələsir, tələsir, tələsir
Fikirlər qanadında uçan bir insan
Tələsir, tələsir, tələsir, tələsir
Tələsir insanlar, tələsmir zaman
Tələssə də insan, tələsmir zaman
Qaçsa da insan, tələsmir zaman
Getsə də insan, tələsmir zaman
Tələsir...

TələsirLRC歌词

Tələsir歌词UranTələsirLRC歌词添加中
  • 歌词名:Tələsir
  • 歌手名:Uran
  • 更新时间:2024-01-04
  • 作词人:
  • 评分:0.0分

Tələsir歌词,TələsirLRC歌词

歌曲名:Tələsir  歌手:Uran  所属专辑:《Tələsir》

作词:  作曲:  发行公司:未知  发行时间:2024-01-04

歌曲ID:3605643  分类:歌曲  语言:  大小:3.79 MB  时长:04:09秒  比特率:129K  评分:0.0分

介绍:《Tələsir》 是 Uran 演唱的歌曲,时长04分09秒,由作词,作曲,该歌曲收录在Uran2024年的专辑《Tələsir》之中,如果您觉得好听的话,就把这首歌分享给您的朋友共同聆听,一起支持歌手Uran吧!

◆ 本页是歌曲Tələsir歌曲LRC歌词下载页面,如果您想下载Tələsirmp3,那么就点击  TələsirMp3免费下载

◆ 如果你想在线试听这首歌曲就点击  Tələsir在线试听

◆ 如果你想了解更多歌手Uran的信息就点击  Uran的所有歌曲  Uran的专辑  Uran的详细资料  Uran的图片大全

◆ Tələsir的永久试听地址是//www.9ku.com/play/3605643.htm,请将九酷音乐网(www.9ku.com)告诉您的3个朋友,感谢您对九酷音乐网支持!

Copyright @2023 - 2024 www.9ku.com.All Rights Reserved.九酷音乐网 版权所有  备案号:黑ICP备2023008593号-1